Neft birjası alt-üst oldu-ABŞ seçkilər
Neft birjası alt-üst oldu-ABŞ seçkilər
09 Noyabr 2016 / 9:56 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünya bazarında neftin qiymətləri ucuzlaşıb.

“Lenta.ru” xəbər verir ki, “Brent” markalı neftin qiyməti bu ilin avqustundan ilk dəfə 45 dollar olaraq ən aşağı səviyyəyə düşüb. Belə ki, neftin 1 barelinin dəyəri 2,2% ucuzlaşaraq 44,8 dollarda qərarlaşıb.

WTI markalı neftin dekabr fyuçersi 3,0 % ucuzlaşaraq barreli 43,6 dollardan satılır.

Neftin ucuzlaşmasına noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən Respublikaçılar partiyasından olan namizəd Donald Trampın liderliyi qoruyub saxlaması səbəb olub.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ikipilləli sistemlə keçirilir. İlk öncə 50 ştatda ayrılıqda ümumxalq səsverməsi keçirilir. Prezident seçilmək üçün ştat nümayəndələrindən ibarət 538 nəfərlik Seçicilər Kollegiyasına 270 nümayəndə qazanmaq tələb olunur.

Seçicilər prezidentliyə namizədlər üçün dekabrın 19-da formal olaraq səs verəcəklər. Konqres ssəverməninin nəticələrini 2017-ci il yanvarın 6-da təsdiqləyəcək.

ABŞ-ın yeni prezidentinin inaqurasiya mərasimi isə yanvarən 20-də baş tutacaq.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə