Neft 40 dollara kimi ucuzlaşacaq – ANALİTİKLƏR
Neft 40 dollara kimi ucuzlaşacaq – ANALİTİKLƏR
26 Oktyabr 2016 / 17:34 / Baxış sayı: 918
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Brent” nefti 50 dollar/barrel səviyyəsindən aşağı düşərək son 3 həftənin ən ucuz qiymətinə satılır. Bizimxeber.az xəbər verir ki, “Brent”in qiymətinin ucuzlaşmasına ABŞ-ın neft ehtiyatlarındakı artım ilə bağlı açıqlanan son rəqəmlər, eləcə də Rusiyanın neft istehsalını azaltmaq əvəzinə “dondurmaq” istədiyini açıqlaması təsir edib.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 49,80 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 49,08 dollara alıcı axtarır. Analitiklər isə neftin qiymətinin bazardakı hazırkı qeyri-müəyyən vəziyyətdə 40 dollaradək ucuzlaşa biləcəyi qənaətindədirlər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə