Əsas menu

“Nə zaman efir məkanımıza nəzarət edə biləcəyik?” – Osman Gündüz sərt danışdı 

“Bu gün yenə elan ediblər ki, efirdə profilaktika olacaq. NRYTN elan edib ki, bütün ölkə ərazisində Radio və TV-lər işləməyəcək. Çünki inhisarçı qurum olan Teleradio İstehsalat Birliyi belə istəyir”.

Texlanogiya üzrə mütəxəssis Osman Gündüz deyib. O, bildirib ki, efirə cavabdeh qurum olan MTRŞ isə milli teleradio qurumlarımız kimi sadəcə susub. “Düzü, anlamıram MTRŞ 2019-cu ildə, bu qədər resurslara malik olduğumuz halda, müharibə şəraitində olduğumuz bir halda bununla necə razılaşa bilir. Xüsusən də, bir neçə gün öncə Prezident informasiya savaşının vacibliyindən danışırdı.

Bizimxeber.az xəbər verir ki, Osman Gündüz bildirib ki, belə çıxır ki, biz vətəndaşlarımıza deməliyik ki , gözləyin, zəruri informasiyanı sizə axşam və ya sabah verəcəyik. Və ya düşmənlərə deməliyik ki, bu gün “atəş” açmayın, çünki biz bu gün sizə cavab verə bilməyəcəyik. Absurd bir vəziyyətdir”. O. Gündüz deyib ki, iki il öncə böyük vəsaitlər hesabına alternativ teleqüllə tikildi. Yəni hazırda NRYTN-nin inhisarçı qurumu olan Teleradio Birliyi ilə yanaşı ayrı bir teleqülləmiz də olmalıydı: “Bu alternativin də məhz profilaktikanın qarşısını almaq, dayanıqlı informasiya təminatı üçün qurulduğu bildirilirdi.

Bəs nə baş verdi? Nə üçün yenidən bizim milli informasiya resurslarımz ildə bir neçə dəfə tam susmalıdır. Bildiyim qədər cənub bölgəmizdə İranın 20 radiosu meydan sulayır, Şimal-Qərbdə Əyriçayı keçəndə Gürcüstan radioları efirimizə hökmranlıq edir. Digər sərhəd bölgələrimzidə də eyni situasiyadır.

Hörmətli Nuşirəvan müəllimdən, hökumətdən və Prezident Administrasiyasından soruşmaq istərdim ki necə ola bilər ki, uzun müddət bu proses davam etsin. Nə zaman biz öz efir məkanımıza nəzarət edə biləcəyik?

Azərbaycanda 14 ümumrespublika radiosunun əksəri ölkənin sərhəd bölgələrində keyfiyyətli yayım edə bilmirlər. Əksər radiolarımız Şamaxıdan o tərəfdə işləmir.

Belə olan halda NRYTN, TV və Radio şirkətləri, MTRŞ nəyin profilaktikasını edirlər, anlaşılmazdır. Düşünürəm ki, ümumiyyətlə ölkəmizin efir məkanı ilə bağlı ciddi işlər görülməlidir. Bu sahəyə resurslar, vəsaitlər ayrılmalıdır.  Milli efir məkanının texniki-texnoloji inkişafı və teleradio sahəsinin inkişafı üçün dövlət proqramı hazırlanmalıdır”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*