Nazirliyin yüksək vəzifəli şəxsləri hakim qarşısında
Nazirliyin yüksək vəzifəli şəxsləri hakim qarşısında
29 Sentyabr 2016 / 18:14 / Baxış sayı: 848
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Prokuror bildirib ki, onlar vəzifə saxtakarlığı edərək, dövlət əmlakını mənimsəyiblər. Ayrılan vəsaiti şəxsi maraqları üçün istifadə ediblər.

Hər iki şəxs özünü qismən təqsirli bildiyini deyib. F. Seyidov bildirib ki, ondan tələb olunan qaydada da işləyib.

R. Məmmədov isə nizamnamə əsasında çalışdığını deyib. Bildirib ki, qovşağın sərbəst bank hesabı olsa da, oradan pul çıxarmaq üçün İB-nin icazəsi tələb olunub: “Kommunal xərclər üçün belə məktub gəlirdi ki, hesabdan bu qədər pul çıxarılsın. Biz də çıxardırdıq. Başqa məsələlərə nə səlahiyyətim, nə aidiyyətim olub. Göstərilən vəsait mənə verilməyib. Bayram vaxtı, ya toya gedəndə rəis 100-200 manat verib. Başqa böyük məbləğ olmayıb”.

Daha sonra iclasda BTRİB-nin həbsdə olan keçmiş sədri Beytulla Hüseynov şahid qismində ifadə verib. O bildirib ki, uzun müddət rabitə sahəsində çalışıb və bir çox mükafata layiq görülüb: “Gördüyümüz işlər dövlət proqramına salınan işlərdir. Bizə nazirlik tərəfindən deyilən işləri görmüşük”.

O, istintaqa verdiyi ifadəsini də təsdiqləyib.

BTRB-nın həbsə olan sabiq baş mühasibi Anar Mustafayev isə şahid kimi ifadə verərək bildirib ki, rəhbərlik tərəfindən deyilən işləri görüblər. O, təqsirləndirilən şəxslərə pul vermədiyini, təmir-tikinti şirkətləri ilə danışıqların öz aralarında olduğunu, qovşaq rəislərinin bundan xəbərinin olmadığını deyib.

Daha sonra iclasda Emin Məmmədov, Bayram Vəliyev, Qulu Namazov, Yaşar Nəzərəliyev və digərləri şahid qismində ifadə veriblər. Onlar istintaqa verdikləri ifadələrini təsdiqləyiblər.

Proses oktyabrın 6-da davam edəcək.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə