Nazirliyin səlahiyyəti ADY-na verildi
Nazirliyin səlahiyyəti ADY-na verildi
06 Sentyabr 2016 / 10:08 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə icazə verilməsi səlahiyyəti Nəqliyyat Nazirliyindən alınaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə verilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında öz əksini tapıb.

Qərara əsasən, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 14-cü hissəsinin birinci cümləsində “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, dəyişiklikdən əvvəl həmin hissədə göstərilirdi ki, dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız Nəqliyyat Nazirliyinin icazəsi ilə yol verilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə