Nazirliyin işçisi güllələndi — YENİLƏNİB
Nazirliyin işçisi güllələndi — YENİLƏNİB
30 Oktyabr 2016 / 17:59 / Baxış sayı: 476
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı İmişli ərazi ekologiya şöbəsinin Saatlı rayonu üzrə müfəttişi, 62 yaşlı Ağakərim Səlimov güllə yaraları ilə Şirvan şəhər xəstəxanasına gətirilib.

Xəstəxanadan virtualaz.org-a verilən məlumata görə, xəstə qarın boşluğu və yan nahiyəsindən güllə yaraları aldığından əməliyyat olunub və hazırda həyatı üçün heç bir təhlükə yoxdur.

ETSN-dan da baş vermiş hadisəni təsdiqləyərək bildiriblər ki, müfəttiş Ağakərim Səlimov qanunsuz ov edənlərə qarşı aparılan tərdbirlər zamanı güllə yarası alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının güllə yarası alması faktı təsdiqlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə qanunsuz ov hallarına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində baş verib.

Nazirliyin əməkdaşı yaralanıb. Faktla bağlı araşdırma aparılır.

***
Bu gün Saatlı rayon sakini, 1954-cü il təvəllüdlü Ağakərim Səlimov güllə yarası ilə Şirvan şəhər xəstəxanasına gətirilib.
 
A. Səlimovun üzərində cərrahi əməliyyat aparılır.
 
Qeyd edək ki, Ağakərim Səlimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə