Nazirliyin Apellyasiya Şurasına 22 müraciət edildi
Nazirliyin Apellyasiya Şurasına 22 müraciət edildi
01 Avqust 2016 / 13:16 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4
Bizimxeber

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına sahibkarların birbaşa elektron qaydada müraciət etməsi üçün [email protected] poçt ünvanı yaradılıb. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər. 

Xəbərdə deyilir ki, sahibkarlar təkrar şikayətlərini Nazirliyin Apellyasiya Şurasına elektron qaydada da göndərə bilərlər. Elektron müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılaraq nəticəsi barədə müraciət edən şəxsə rəsmi məlumat veriləcəkdir.

Bundan başqa, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət prosedurunun sadələşdirilməsi, bu sahədə vaxt itkisinin qarşısının alınması və operativliyin təmin olması məqsədilə Nazirliyin www.economy.gov.azsaytında elektron müraciət üçün xüsusi bölmə də fəaliyyət göstərir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına indiyədək 22 müraciət daxil olub. Bu müraciətlərin 21-i mövzu və prossesual baxımından İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının predmeti olmadığından, mahiyyəti üzrə baxılması üçün Nazirliyin aidiyyəti strukturlarının icraatına verilib. 1 müraciətə isə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilib və nəticəsi barədə sahibkara rəsmi məlumat verilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə