Nazirlik kəsilmiş ağaclarla bağlı açıqlama verdi
Nazirlik kəsilmiş ağaclarla bağlı açıqlama verdi
22 Sentyabr 2016 / 17:01 / Baxış sayı: 176
Font1 Font2 Font3 Font4
Bizimxeber

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırma aparılıb. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raquf Mirzəyevin virtualaz.org-a verdiyi açıqlamaya görə, bu ağaclar həmin bağın ərazisində kəsilməyib və şəhərin ayrı-ayrı yerlərində müxtəlif səbəblərdən kəsilərək həmin əraziyə gətirilib: “Biz bu kadrlarla bağlı araşdırma apardıq. Ərazidə olduq və doğranmış ağaclara baxış keçirdik.

Məlum oldu ki, ağaclar Dendraparkın ərazisində kəsilməyib. Həmin ərazi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatına aiddir. Doğranmış ağaclar şəhərin ayrı-ayrı yerlərində kəsilən ağaclardır ki, oraya yığılıb. Bu ərazinin satılmasından da söhbət getmir”, – deyə R.Mirzəyev bildirib.

Sektor müdiri həmçinin qeyd edib ki, paytaxtda bütün quruyan ağaclar Ekologiya Nazirliyinin rəyi əsasında kəsilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə