Amma bütün bunların fonunda hələ də hər iki tərəf haqlı olduğunu bəyan edir. Nazirlik bu yazının nazir tərəfindən yazılmadığını iddia etsə də, rəsmi qəzet rəhbərliyi buna etiraz edərək onlara yazının nazirlikdən göndərildiyini ciddi-cəhdlə təsdiqləməyə çalışırlar.
Bəs əslində nə baş verib? Mikayıl Cabbarovun rəsmi statistik faktlarla dolu olan bu yazısı “Respublika” qəzetinə necə gedib çıxıb? Üstəlik bu yazıdakı faktları nazirlikdən başqa kimsə bilirdimi?
Medaifax.Az-a məlumatlı şəxslərdən birinin verdiyi məlumata görə, əslində belə bir yazının yazılması üçün nazir Mikayil Cabbarov bir ay əvvəl mətbuat xidmətinə tapşırıq verib. Bütün statistik məlumatlar toplanıb hazırlanıb. Lakin nə nazir, nə də nazirlikdəki işçilər nazirin adından belə bir ciddi yazını yazılmasını öz üzərinə götürməyib. Məcburiyyət qarşısında yazı mətbuat xidmətinin nəzarəti altında təhsil sektorunu bilən, illərdir bu sahədə çalışan jurnalistlərdən birinə sifariş verilib. Mənbə bildirir ki, sifariş elə “Respublika” qəzetinin əməkdaşlarından birinə verilib və yazını da elə qəzetin əməkdaşı yazıb. Daha sonra isə yazı bitdikdən sonra çapa verilib.
Elə əsl qalmaqal da bundan sonra başlayıb. Nazir yazının oxunmasının, düzəlişlərin edilməsini tələb etdiyi halda yazı qəzetdə yerləşdirilib. Elə bu səbəbdən də daha böyuk biabırçılığın yaranmaması üçün nə nazirlik sifariş verdiyini deyir, nə də qəzet rəhbərliyi yazının onlar tərəfindən hazırlandığını boynuna alır. Elə ötən gün “Respublika” qəzetinin baş redaktorunun “indi nazir mətbuat xidmətinin başına qapaz vuracaq” ifadəsini elə belə işlətməmişdi. Baş redaktor dolayısı ilə demək istəyirdi ki, yazı nazirliyin sifarişi ilə onlar tərəfindən hazırlanıb və bundan nazirin xəbəri var.
Bu arada Mediafax.Az-a daxil olan məlumata görə, dünəndən Mikayil Cabbarovun əmri ilə mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov vəzifədən uzaqlaşdırılıb. Onu başqa bir şöbəyə sıradan bir işçi kimi təyin ediblər.
Bizimxeber.az