Nazirin oğlunu belə oğurladılar – VİDEO
Nazirin oğlunu belə oğurladılar – VİDEO
12 Avqust 2016 / 20:16 / Baxış sayı: 1448
Font1 Font2 Font3 Font4
Bizimxeber
Kiyevdə “Marokana” restoranında Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun oğlu oğurlanıb. Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisənin görüntüləri dərc edlib.
Hadisə çərşənbə axşamı – 9 avqustda baş verib. Kiyev polisi Aleksandrı oğurlayan cinayətkarları saxlayıb. Maraqlıdır ki, Aleksandr Avakov və onunla birlikdə olan “Azov” alayının kəşfiyyat komandiri polisə oğurluq faktı üzrə şikayət etməyib. “Marokana” restoranının əməkdaşlarına, həmçinin hüquq-mühafizə orqanlarına hadisəni şərh etməyi qadağan ediblər.
Məlum olub ki, oğrulardan biri Gürcüstan vətəndaşı R.Aftandildir. O, polisə bildirib ki, Ukraynaya avqustun 8-də turizm məqsədi ilə gəlib.
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə