Nazirin bu şəkli İranı bir-birinə qatdı – FOTO
Nazirin bu şəkli İranı bir-birinə qatdı – FOTO
09 Oktyabr 2016 / 17:51 / Baxış sayı: 1134
Font1 Font2 Font3 Font4
Bizimxeber

İran prezidentinin köməkçisi Məsumə Ebtekarın Almaniyanın ekologiya naziri Barbara Hendrickslə görüşü skandala səbəb olub. 

İran dövlət televiziyası IRIB-in Almaniyanın ekologiya naziri Hendrickslə Ebtekarın görüşü haqda hazırladığı xəbər aləmi bir-birinə qatıb. Telekanal saçları qısa kəsilmiş alman nazir Hendricksi kişi zənn edib və bununla bağlı “Ebtekar kişi əlini sıxdı” – deyə xəbər hazırlayıb.

Bu xəbərin ardından iranlılar kişi nazirlə əl sıxdığı üçün Ebtekarı tənqid atəşinə tutublar.  Hendricksinin kişi yox, qadın olduğu ortaya çıxandan sonra qalmaqala yol açan IRIB kanalı bəyanat yayaraq səhvini etiraf edib. IRIB-inxəbəri Almaniya mediasında istehza mövzusuna çevrilib.

Qeyd edək ki, İranda qadınların naməhrəm kişilərlə əl sıxaraq görüşməsi qadağandır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə