“Nazir tapşırmışdı ki, pulları Zeynalova verək …” – Beytulla Hüseynov
“Nazir tapşırmışdı ki, pulları Zeynalova verək …” – Beytulla Hüseynov
30 Noyabr 2016 / 14:18 / Baxış sayı: 1598
Font1 Font2 Font3 Font4
Bizimxeber

“İlk aylar 200-250 min, sonrakı aylar isə 100-150 min pulu Anar Mustafayev vasitəsi ilə Vidadi Zeynalova vermişik”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V. Zeynalovun vəkili Ceyhun Yusifov Beytulla Hüseynova suallar verib. Vəkil ondan soruşub ki, ittihamda məbləğlər şişirdilib deyəndə nəyi nəzərdə tutub. B. Hüseynov deyib ki, xərclər nəzərə alınmayıb. Vəkil ondan göstərişi kimdən almasını soruşub. B. Hüseynov ad çəkmək istəmədiyini deyib. B. Hüseynov verdiyi ifadəni təsdiq etdiyini deyib. Daha sonra onun ifadəsi elan edilib. O, istintaq zamanı verdiyi ifadəsində məbləğin şişirdilməsi barədə göstərişi onlara nazir Əli Abbasov verib:“Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək. O, bizim onları aldadıb aldatmamağımızı yoxlayırdı. İlk aylar 200-250 min, sonrakı aylar isə 100-150 min pulu Anar Mustafayev vasitəsi ilə Vidadi Zeynalova vermişik”.
Daha sonra Anar Mustafayev ifadə verib. O, biıdirib ki, istintaq zamanı ina qərəzli münasibət göstərilib: “Beytulla Hüseynov mənim əməliyyatım üçün 8000 min, müalicəm üçün 7000 min manat verib. Əgər paket almışamsa niyə ondan pul istəyirdim? Mənə verilən puldan 2000 min manat özümə qalıb. Qalanları xərclənib. İstintaq zamanı verilən məbləği dəqiq söyləməmi istədilər. Mən də xatırlamadığım üçün dedim ki, Vidadi Zeynalova 2-3 dəfə bağlama vermişəm. Lakin içində nə olduğunu bilməmişəm. Biz büdcədən ayrılan pulu düzgün xərcləmişik. Etiraf edirəm ki, tikinti sahəsində monopoliya olub.
Buna isə məcbur olmuşuq. Çünki Emin Məmmədov deyirdi vəsaitlər kifayət etmir. Biz də Bayrama dedik ki, o da şirkət yaratsın işləyək. Bununla başqasının 170 manata gördüyü işləri 130 manata həll etmişik. Bilirdik ki, bir gün qapı döyüləcək və soruşacaqlar. Biz karyeramızı sona çatdırmaq üçün vəzifəyə gəlməmişdik. Bakıda 36 bina tikilib, hamısına FHN tərəfindən əmsal qoyulub. Səmimu etiraf edirəm ki, əmək haqqımdan əlavə vəsait almışam. Lakin bu hər il eyni olmayıb. 800-2000 min manat olub. Özümü qanun qarşısında qismən təqsirli bilirəm “.
Proses günün ikinci yarsında davam edəcək.
Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə