Nazir Qeydiyyat və Miqrasiya İdarəsinin rəisini işdən azad etdi
Nazir Qeydiyyat və Miqrasiya İdarəsinin rəisini işdən azad etdi
18 Noyabr 2016 / 16:32 / Baxış sayı: 1046
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.

Bizimxeber.az xəbər verir ki, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb. Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.

DİN-in sözçüsü Ehsan Zahidov məlumatı təsdiqləyib. O bildirib ki, polis polkovniki Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə