Nazir OPEC-in iclasına gedir
Nazir OPEC-in iclasına gedir
24 Oktyabr 2016 / 16:57 / Baxış sayı: 666
Font1 Font2 Font3 Font4
Bizimxeber

OPEC və OPEC-ə üzv olmayan ölkələrin energetika nazirlərinin bu həftə Vyanada keçiriləcək görüşünə Azərbaycan dəvət olunub.

 

Bunu  açıqlamasında Azərbaycan energetika nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, oktyabrın 28-31-də keçiriləcək Vyana görüşündə Azərbaycanı energetika Naziri Natiq Əliyev təmsil edəcək. O, əlavə edib ki, N.Əliyev artıq tədbirə iştirak üçün dəvət məktubu alıb.

Qeyd edək ki, görüşdə əsas müzakirə mövzusu neft hasilatının azaldılması və ya dondurulması olacaq.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə