Nazir müavini vətəndaşları aldatdı
Nazir müavini vətəndaşları aldatdı
01 Dekabr 2016 / 11:22 / Baxış sayı: 1706
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fövqəladə Hallar Nazirliyində vətəndaşlara qarşı böyük hörmətsizlik edilib

Bu gün fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin qəbulu olmalı imiş. Müxtəlif rayonlardan qəbula yazılan insanlar qəbul üçün səhər saat 9-da nazirliyin binasının qarşısında olsa da, onlara bildirilib ki, nazir müavininin qəbulu olmayacaq. İçərisində şəhhid ailələrinin çoxluq təşkil etdiyi qəbula yazılan vətəndaşlar buna etirazlarını bildiriblər.

Bu barədə  danışan vətəndaşlardan birinin sözlərinə görə, 10-15 gün əvvəldən qəbula yazılıb: “Bildirildi ki, noyabrın 30-da səhər saat 9.00-dan etibarən Etibar Mirzəyev bizi qəbul edəcək. Amma bizi nazirliyin binası önündə 3 nəfər idmançı görkəmli şəxs qarşıladı. Heç binanın içinə keçməyə belə icazə vermədilər.

Müxtəlif rayonlardan, ucqar kəndlərdən qəbula yazılıb gələn insanlar hamısı geri qaytarıldı. Dedilər ki, Etibar müəllim ezamiyyətdədir. FHN-də vətəndaşların qəbulu məsələsinə həmin müavin baxır. Necə olur onu məhz qəbul günü ezamiyyətə yollayırlar? Bu nə deməkdi? Vətəndaşa, şəhid ailəsinə, Qarabağ əlilinə, veteranına bu cür münasibət olarmı? Biz inanırıq ki, məsələ cənab nazir Kəmaləddin Heydərodun diqqətinə çatsa lazımi ölçü götürəcək. Çünki şəhid ailələrinə, Qarabağ əlil və veteranlarına xüsusi yanaşmanın olmasını tələb edib. Amma belə çıxır ki, müavinlər, digər aidiyyatı şəxslər onun tapşırığına məhəl qoymurlar, insanları bu cür incidirlər. Bu çətin dövrdə o qədər xərc çəkib 400-500 kilometr yolu gələn insanların belə naümid qoyulması yolverilməzdir”.

Vətəndaşlar həm də ondan narazıdırlar ki, FHN-in saytında E.Mirzəyevin qəbul vaxtının dəyiməsi göstərilməyib: “Heç olmasa saytda bunu göstərsəydilər bəlkə də belə çox adam gəlməzdi. Nazirliyin rəsmi saytında hələ də qəbul günü 30 noyabr göstərilir”.\politika.az\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə