bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Nazir müavini bahalaşmadan danışdı: “Təlaşa ehtiyac yoxdur”

218 oxunma | Tarix: | 3 ay öncə

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur”. Bizimxeber.az əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. O, bu barədə bəzi məhsulların qiymətinin artmasına münasibət bildirərkən danışıb.

“Kənd təsərürfatı məhsullarının bazarı liberaldır. Qiyməti tələb-təklif tənzimləyir. Biz nə istehsalçının, nə də istehlakçının ziyana düşməsini istəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim şəraitində asılı olaraq bahalaşır və yaxud ucuzlaşır”, – deyə o qeyd edib.

XƏBƏRLƏR:  Məktəblərə nəqliyyat vasitələri veriləcək? – Nazir danışdı

“Bu yaxınlarda dövlət kartof və soğanın ixracına məhdudiyyətlər tətbiq etdi. Zərurət yaranarsa, daxili bazarın tənzimlənməsi ilə bağlı bu kimi tədbirlər həyata keçiriləcək”, – deyə İ.Quliyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir