Nazir Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində – FOTO
Nazir Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində – FOTO
15 Noyabr 2016 / 11:31 / Baxış sayı: 584
Font1 Font2 Font3 Font4
Bizimxeber

Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.

Bizimxeber.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə Müdafiə nazirinə məruzə olunub.

İdarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən Müdafiə naziri müvafiq göstərişlər verib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə