Nazir həbsinin pərdəarxası -1937-ci il qayıdır?
Nazir həbsinin pərdəarxası -1937-ci il qayıdır?
16 Noyabr 2016 / 21:51 / Baxış sayı: 1176
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya İstintaq Komitəsinin ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi həbs etməsi dünya mətbuatının müzakirə mövzusu olaraq qalır.

Publika.az xəbər verir ki, A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət almaqda günahlandırılır.
Rusiya mətbuatı iddia edir ki, A.Ulyukayevin həbsi 1937-ci ili xatırladır. Bu həbs bilərəkdən şou şəklində həyata keçirildi. Məqsəd isə elitaya dərs vermək idi.
Qeyd edilir ki, 2018-ci ildə çoxları təkcə səlahiyyət müddətlərinin bitməsi səbəbindən istefaya getməyəcəklər. Putinin yaxın ətrafı sayılan bəzi şəxslər müxtəlif üsullarla ələnəcəklər.
Ulyukayevin həbsi 2003-cü ildə həbs edilən iş adamı Mixail Xodorkovski ilə müqayisə edilir. Bildirilir ki, o zaman bu biznes adamlarına dərs olmuşdu. İndi də elita dərsini aldı.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə