Bir neçə gündən sonra bu sahədə tanınmayan biri – Orucəli Quliyev adlı həkim Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olundu. Hamı elə düşündü ki, nazir Heydər Əsədov yenilik etmək istəyir, uğurlar əldə olunmasına çalışır. Lakin çox keçmədən hər şey bəlli oldu. Orucəli Quliyev İmişli rayonunda baş baytar həkim işləyib və nazir Heydər Əsədovun sağ əli Azər Süleymanovun adamı kimi tanınıb. Hələ o zaman nazirlikdəki mənbələr bildirirdi ki, Orucəli Quliyev bu posta 60 min manat rüşvət verərək təyin olunub.
Amma nazir Heydər Əsədov öz ənənəsinə sadiq qalaraq O.Quliyevlə çox işləmədi və cəmi 6 ay sonra Quliyev işdən uzaqlaşdırdı.
Elə əsl qalmaqal da bundan sonra başladı. Mediafax.Az-a daxil olan məlumata görə, vəzifədən uzaqlaşdırılan Orucəli Quliyev 60 min manatı 6 ay üçün vermədiyini bildirərək pulunu geri istəyib və əks təqdirdə bütün aidiyyatı orqanları məlumatlandıracağını bildirib.
Nazir Heydər Əsədovdan 60 min “əmanətini” geri istəyən O.Quliyevə sakit dayanmasını və onu yenidən İmişliyə baş həkim göndəriləcəyi vədi verilib. Tez-tələsik O.Quliyev yenidən İmişliyə baş həkim göndərilib.
Bu zaman ortaya başqa əmma çıxıb. Bəlli olub ki, İmişlinin Orucəli Quliyevdən sonra təyin olunan baş baytar həkimi bu posta təyinat üçün rüşvət veribmiş və o da pulunu geri istəyir. Uzun sürən danışıqlardan sonra əldə olunan razılaşmaya görə, 6 ay əvvəl baş həkim postundan çıxarılan Orucəli Quliyev yenidən İmişliyə baş həkim təyin olunub. Müavin isə hələ də pulunu geri istəsə də ala bilmir.
Daha dəqiq təfərrüatlar yaxın günlərdə…
Bizimxeber.az