Nazarbayev Qazaxıstana yeni baş nazir təyin etdi BAKITJAN SAQİNTAYEV
Nazarbayev Qazaxıstana yeni baş nazir təyin etdi BAKITJAN SAQİNTAYEV
09 Sentyabr 2016 / 18:07 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtjan Sagintayevi baş nazir postuna təyin edib.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər yayıb.

B. Sagintayev bu vaxtadək Kərim Məsimovun hökumətində baş nazirin I müavini olub. Müxtəlif vaxtlarda o, regional inkişaf naziri, Pavlodar vilayətinin akimi vəzifələrində çalışıb.

Qeyd edək ki, sentyabrın 8-də K. Məsimov baş nazir vəzifəsindən azad olunaraq Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə