Nazarbayev hərbi blokları mənasız hesab etdi
Nazarbayev hərbi blokları mənasız hesab etdi
29 Avqust 2016 / 13:33 / Baxış sayı: 556
Font1 Font2 Font3 Font4
Bizimxeber

Beynəlxalq hərbi blokların varlığı çağdaş günümüzdə mənasızdır. Bizimxeber.az saytı xarici mediaya istinadən bildirir ki, bu fikirləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astana keçirilən “Nüvə silahı olmayan dünyanın qurulması” adlı beynəlxalq konfransda səsləndirib. 

“İnsanlığı hərblə qorxutmaq lazım deyil.  Müharibə insanlara qıcıqlandırıcı təsir göstərir və heç kimə lazım deyil. Biz nüvə səlahiyətlərini müzakirə edərkən narahat olmuruq”-Nazarbayev deyib.

Qazaxıstan prezidenti onu da qeyd edib ki, “nüvə arsenalının ixtisarını hərtərəfli olaraq de-fakto nüvə silahına malik olan bütün dünya dövlətlərinin iştirakı ilə etmək lazımdır”.
Prezidentin sözlərinə görə, Astana BMT-nin nüvə silahının qadağası ilə bağlı konvensiyasının qəbulu üçün bütün gücünü sərf edəcək.

 

“Bütün nüvə dövlətləri ümumi razılığa gəlməlidir”-Nazarbayev dedi.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə