Nazarbayev Bakıya gəlməyəcək
Nazarbayev Bakıya gəlməyəcək
11 Oktyabr 2016 / 17:14 / Baxış sayı: 828
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xəstələnib.

Bizimxeber.az  xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Prezident Administrasiyası yayıb.

Qazaxıstan Prezidentinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nursultan Nazarbayevin oktyabrın 12-nə Azərbaycana nəzərdə tutulmuş səfəri dövlət başçısının səhhətindən asılı olacaq.

Mətbuat xidmətindən deyiblər ki, bütün məsul xidmətlər N.Nazarbayevin Bakıya səfərinə hazırdır:

“Əgər dövlət başçısı özünü yaxşı hiss etsə, o, planlaşdırıldığı kimi, Bakıya gələcək. Əks halda sabahkı səfər ləğv oluna bilər”.

Nazarbayev hazırda soyuqdəymə xəstəliyindən müalicə olunur.

***

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.

Report diplomatik mənbələrə istinadən xəbər verir ki, Qazaxıstan lideri sağlamlığındakı problemə görə Bakıya gələ bilməyəcək.

Ümumiyyətlə, soyuqdəymə ilə əlaqədar müalicə alan N.Nazarbayevin görüş qrafikində yaxın zaman üçün nəzərdə tutulmuş tədbirlərin hamısı təxirə salınıb.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə