Nazarbayev azərbaycanlı Olimpiya çempionunu təbrik edib
Nazarbayev azərbaycanlı Olimpiya çempionunu təbrik edib
11 Avqust 2016 / 17:55 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimovu Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib. “Kazinform” xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, 23 yaşlı idmançı bu nailiyyətə 77 kq çəki dərəcəsində nail olub. O birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib. Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın Rio-2016-da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edərək bu ölkəni təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq çəkidə dünya çempionluğu qazandırıb. İdmançı 1993-cü ildə Bakıda anadan olub.

Yerli KİV-in məlumatına görə, Qazaxıstan hakimiyyəti olimpiya çempionuna 250 min dollar mükafat verəcək.

Bizimxeber.az



Nazarbayev azərbaycanlı Olimpiya çempionunu təbrik edib yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə