Nazarbayevə heykəl qoydular
Nazarbayevə heykəl qoydular
30 Noyabr 2016 / 17:09 / Baxış sayı: 984
Font1 Font2 Font3 Font4
Bizimxeber

Çərşənbə günü Taldıkorqanda (ölkənin Almatı vilayətinin inzibati mərkəzi) Qazaxıstanın fəaliyyətdə olan prezidenti Nursultan Nazarbayevin heykəlinin təntənəli açılışı olub.

Bizixmeber.az  bildirir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətinə istinadən RİA xəbər yayıb.

“Bu gün, müstəqilliyin 25-illiyi ərəfəsində, Taldıkorqan şəhərində birinci prezidentin adını daşıyan bağda dövlət başçısı Nursultan Abişeviç Nazarbayevin heykəlinin təntənəli açılış mərasimi oldu”, – deyə xəbərdə bildirilir.

Qeyd olunur ki, 4,2 metr hündürlüyü olan abidə tuncdan, 4,5 metrlik dayaq hissə isə qəhvəyi qranitdən hazırlanıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə