Naxçıvan ordusu təlimlərə başladı
Naxçıvan ordusu təlimlərə başladı
03 Oktyabr 2016 / 16:38 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən oktyabrın 3-dən Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb. Bizimxeber.az-a bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.

Təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub. Əldə edilmiş təcrübəyə əsaslanaraq təlimlərdə iştirak edən hərbi hissə və birləşmələr əməliyyatların əsas növlərinin keçirilməsi ilə Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə ərazimizə qarşı düşmənin təhdidləri və təcavüzkar fəallığının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqlar yerinə yetirəcəklər.

Eyni zamanda bölmələr silahlanmalarında olan yeni və müasir raket-artilleriya sistemləri, aviasiya vasitələri, digər silah və döyüş texnikasının tətbiqi ilə qarşı tərəfin müdafiəsinin dərinliyindəki hərbi-strateji obyektlərin məhv edilməsi tapşırıqlarını da icra edəcəklər.

Virtualaz.org qeyd edir ki, bu təlimləri həm də Ermənistanın “İsgəndər” operativ taktiki raket kompleksləri ilə silahlanmasına cavab olaraq Azərbaycanın atdığı addımlardan biri kimi qiymətləndirmək mümkündür.Çünki Ermənistan ərazisinin dərinliklərindəki hərbi-strateji hədəflər məhz Naxçıvan istiqamətindən daha əlçatandır və Azərbaycan ordusunun muxtar respublikada dislokasiya olunmuş qoşun birləşmələri sərəncamındakı raket sistemləri ilə İrəvan da daxil olmaqla düşmən ərazisinin dərinliklərini hədəf ala bilər.

İndi Azərbaycan nümayiş etdirir ki, Ermənistanın “İsgəndər”lə təchiz olunması ona hərbi üstünlük vermir və Naxçıvan istiqamətindən bu ölkənin paytaxtı da daxil olmaqla bir çox məntəqələri cavab, eyni zamanda preventiv zərbələrin hədəfi olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə