NATO-nun qətnaməsi ermənilərin xoşuna gəlməyib
NATO-nun qətnaməsi ermənilərin xoşuna gəlməyib
21 Noyabr 2016 / 8:52 / Baxış sayı: 708
Font1 Font2 Font3 Font4
Bizimxeber

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində qurumun Müdafiə və Təhlükəsizlik Komitəsi suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnamə qəbul edib.

Bizimxeber.az xəbər verir ki, bunu Trend-ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, komitənin iclasında işğal olunmuş ərazilər məsələsi müzakirəyə çıxarılıb: “ABŞ nümayəndə heyətinin üzvünün təklifi ilə belə bir məsələ ortaya qoyuldu ki, bütün suveren dövlətlərin ərazi bütövlüyü tanınmalıdır və müzakirələrdən sonra bununla bağlı qətnamə qəbul edildi”.

S. Novruzov qeyd edib ki, Ermənistan nümayəndə heyəti qətnamənin qəbul edilməsinə etiraz etsə də, heç bir nəticəsi olmayıb.

Qeyd edək ki, qətnamə noyabrın 21-də NATO Parlament Assambleyasının sessiyasında da təsdiq olunacaq.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə