NATO Azərbaycan dialoqu davam edir
NATO Azərbaycan dialoqu davam edir
16 Noyabr 2016 / 9:20 / Baxış sayı: 492
Font1 Font2 Font3 Font4
Bizimxeber

NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir. Bu barədə Trend-ə Brüsseldə NATO-nun mətbuat xidmətindən məlumat verilib.

Ofisdən verilən məlumata görə, Azərbaycan və NATO arasında yeni fərdi fəaliyyət planına əməkdaşlığın müxtəlif aspektləri daxil ediləcək: “Növbəti fəaliyyət planına müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, effektiv idarəetmə üsullarının nəzərdən keçirilməsi, müdafiə islahatları sahəsində əməkdaşlıq, eləcə də hərbi təhsil sahəsində islahatlar barədə dialoq daxil olunacaq”.

Yeni plan hazırda mövcud olan tərəfdaşlıq fəaliyyətinə əsaslanacaq.

Azərbaycan və NATO arasında əməkdaşlıq “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə