Natiq Kərimovun barəsindəki cinayət işi ilə bağlı YENİ QƏRAR
Natiq Kərimovun barəsindəki cinayət işi ilə bağlı YENİ QƏRAR
08 Avqust 2016 / 15:06 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Bizimxeber

Səbayel rayon Məhkəməsində Nardaran sakini Natiq Kərimovun barəsində olan cinayət işi üzrə istintaqın müddətinin uzadılması məsələsinə baxılıb. Vəkil Eyyub Ələkbərovun APA-ya verdiyi xəbərə görə, məhkəmə istintaqın müddətinin 3 ay uzadılması barədə istintaq orqanının müraciətini nəzərə alıb və bununla bağlı qərar qəbul edib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin  həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar N. Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə