Natiq Cəfərli barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib
Natiq Cəfərli barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib
10 Sentyabr 2016 / 12:49 / Baxış sayı: 586
Font1 Font2 Font3 Font4
Bizimxeber

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Bu barədə vəkil Cavad Cavadlı məlumat verib.

O bildirib ki, istintaq orqanı tərəfindən bu gün başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib: “Bu, o deməkdir ki, Natiq bəy Bakı şəhərini tərk edə bilməz, ittiham olduğu kimi qalır və istintaq davam edir”.

Qeyd edək ki, N.Cəfərli ötən gün azadlığa buraxılıb. Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib.

N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir. (APA)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə