“Narkozdan əvvəl xəstə dəqiq müayinə olunmalıdır”
“Narkozdan əvvəl xəstə dəqiq müayinə olunmalıdır”
23 Avqust 2016 / 16:52 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4
Bizimxeber

Narkoz hər bir cərrahiyyə əməliyyatı zamanı ağırlaşma hallarına səbəb ola bilər. Buna görə qabaqcıl səhiyyəyə malik olan bütün ölkələrdə xəstəyə narkoz tətbiq olunması məsləsinə diqqətlə yanaşılır. Necə deyərlər, yüz ölçülüb, bir biçilir. 

Azərbaycanda isə bu təcrübəyə az rast gəlinir. Əksər hallarda əməliyyata qaldırılacaq xəstələrə ümumi qaydada narkoz tətbiq olunur. Elə bu günlərdə Gəncə şəhərində 17 yaşlı qızın burun əməliyyatı zamanı dünyasını dəyişməsinin də səbəbinin narkoz olduğu məlum olub.

Professor Adil Qeybulla da Qaynarinfo.Az saytına açıqlamasında bildirib ki, planlı əməliyyatlar zamanı xəstə narkoz almazdan əvvəl dəqiq müayinə olunmalıdır: “Əgər xəstənin vəziyyəti təcili cərrahi müdaxilə tələb edirsə, bu zaman narkozun təyin edilməsi də qaçılmazdır. Bu zaman hansısa problemlərin olması ğözləniləndir. Amma planlı əməliyyat zamanı xəstənin narkoza göstərişi, əks göstərişi, ris1 dərəcəsi müəyyən olunmalıdır. Məsələn, 70 yaşdan yuxarı xəstələrdə narkoz ris1dir. Bununla yanaşı, xəstəlikləri olan xəstələrdə şəkərli diabet, bronxial astma və sair zamanı narkoz ris1dir. Xəstəliyin özünün inkişaf dərəcəsi, hansı səviyyədə olması, məsələn, ağırlaşmış xolesistit ris1dir və sairə. Planlı əməliyyatda əvvəlcədən xəstənin ris1 dərəcəsi müəyyən edilir və bu, onun yaxınlarına izah edilir. Ümumiyyətlə, əməliyyat zamanı narkoz müəyyən bir ris1 daşıyır. Necə ki, təyyarədə risk həmişə var”.

A Qeybulla narkozun tətbiqinin həkimin seçimindən asılı olmadığını deyib: ”Hazırda yerli narkoz tətbiqindən geniş istifadə olunur.  Burun-boğaz əməliyyatlarını dünyanın hər yerində azyaşlı uşaqlara ümumi narkozla aparırlar. Çünki kiçik yaşlı uşağın bu prosesi izləməsi onun psixoloji travma almasına səbəb ola bilər.  Ümumiyyətlə, narkozun hansı növünün seçilməsi konkret situasiyadan asılıdır – bu, həkimin arzusu ilə deyil”.

Bununla belə A.Qeybulla bütün ölüm hallarının məsuliyyətinin həkimin üzərinə qoyulmasının düzgün olmadığını deyib: “Bunun üçün tibbi ekspertizanın rəyi olmalıdır, protokol tərtib olunmalıdır. Məkhəmə tibbi ekspertizasnın rəyi olmadan, ölümün bilavasitə səbəbi identifikasiya olunmadan, kimisə ittiham etmək olmaz. Yalnız tibbi rəydən sonra, ölümün səbəbi həkim səhlənkarlığından qaynaqlanırsa, onun haqqında ölçü götürülməlidir. Bizdə isə xəstə xəstəxanada dünyasını dəyişir, onu yarmağa qoymurlar, sonra başlayırlar hay-həşir salmağa. Halbuki, xəstəxanada dünyasını dəyişmiş şəxs məhkəmə tibb ekspertizasının predmetidir. Nə qədər ki, bizim səhiyyədə bu praktika tətbiq olunmur, nə qədər ki, bizim mentalitetimiz qanunları üstələyəcək, bu sahədə heç bir uğurdan danışmaq olmaz. Ümumdünya səhiyyə sisteminin protokolları var, biz xəstələrin müalicəsində mütləq ondan istifadə etməliyik. Çünki sistem düzgün çalışmayanda peşəkarlıq da effekt vermir”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə