Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Narkoz verəndə ürəyi dayandı”

323 oxunma | Tarix: | 2 il öncə

Ağdaş Mərkəzi Rayon Xəstəxanası 8 yaşlı uşağın ölümünə aydınlıq gətirib. Xəstəxananın həkimi Nizaməddin Məsimov mətbuata  açıqlamasında bildirib ki, azyaşlı Mehralıyev Seymur əməliyyat otağında dünyasını dəyişib.

“Seymurun bir müddət öncə qolu sınıbmış. Aparıblar sınıqçıya. Onun sayəsində uşağın qolu əyri bitib. Valideynləri həkimə müraciət elədi. Həkimlər uşağın qolunun əməliyyat olunmasını məsləhət bildi. Narkoz verilib əməliyyat otağına gətirdilər. Qəfildən ürək dayanması baş verdi. Nə qədər yardım göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmadı”. 

XƏBƏRLƏR:  Prezident iki icra başçısı təyin etdi, birini işdən çıxartdı

Nizaməddin Məsimov hadisə ilə bağlı rayon prokurorluğuna məlumat verildiyini də vurğulayıb. “Meyit yarılıb, ekspertizanın rəyi açıqlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir