bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Narkotacirlərin qayığı okeanda batdı

1823 oxunma | Tarix: | 2 həftə öncə

Kolumbiya sahillərində batan narkotik ticarətçiləri içində 1,2 ton kokain olan suyadavamlı çantalar sayəsində sağ qalıblar. Bu barədə “Daily Mail” məlumat yayıb. Kolumbiya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Tumako şəhərindən 55 kilometr məsafədə üç nəfər tapıblar.

Zərərçəkənlər böyük bir dalğanın qayıqlarını çevirdiyini və nəticədə, üç saat Sakit okeanda qalmalı olduqlarını bildirib.

XƏBƏRLƏR:  Türk ordusu bu şəhəri terrorçulardan azad etdi

Cinayətkarları gəmiyə apararaq onlara tibbi yardım göstəriblər. Polis sözügedən paketləri yoxlayıb və içərisində 1,2 ton kokain tapıb. Adamlar dərhal həbs edilərək, nəzarətə alınıb.

Yerli mətbuatın məlumatına görə, onlar narkotik alverində şübhəli bilinir. Hazırda onlara qarşı rəsmi ittihamların irəli sürülüb-sürülmədiyi məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir