“Nardaran işi”ndə bir qrup şəxsin cinayət işi üzrə istintaq bitib
“Nardaran işi”ndə bir qrup şəxsin cinayət işi üzrə istintaq bitib
10 Oktyabr 2016 / 11:55 / Baxış sayı: 676
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər şəxslərin barələrində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.

Qeyd edək ki, ötən il Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 nəfər isə qəsəbə sakini həlak olub.

Saxlanılan şəxslərin cinayət işi üzrə istintaq 2 yerə ayrılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və digər 18 nəfərin məhkəməsi davam etdirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə