“Nar” kurslara başladı
“Nar” kurslara başladı
07 Noyabr 2016 / 18:03 / Baxış sayı: 906
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən və mobil operatorun ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsinə davamlı dəstək konsepsiyasının bir hissəsi olan “Təlim məktəbi” layihəsi rəsmən start götürdü. Belə ki, “Uğur akademiyası” və “Asan könüllüləri” ilə birgə “Həyat bizimlə daha rəngarəng” şüarı altında reallaşdırılan layihə çərçivəsində unsiyyət məhdudiyyətli vətəndaşlardan ibarət ilk qrup 7 noyabr 2016-cı il tarixində artıq dərslərə başladı.

75 nəfərədək ünsiyyət məhdudiyyətli gəncin iştirakı nəzərdə tutulan kurslar “Təlim məktəbi” layihəsinə görə tədrisi planlaşdırılmış dörd istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürdü. Qeyd edək ki, təlimlər unsiyyət problemləri olan gənclər üçün xüsusi tərcüməçi vasitəsilə reallaşacaqdır. Kursun rəhbəri bu sahə üzrə peşəkar mütəxəssis olan Günay Əmirovadır.

Eyni zamanda, 7 noyabrdan etibarən, layihə heyəti tərəfindən dəvət olunmuş psixoloq tərəfindən kurs iştirakçılarının peşə potensialları qiymətləndiriləcək, həftə ərzində təşkil olunacaq görüşlərdə özünə inam və motivasiyanın artırılmasında onlara yardım ediləcəkdir.

Xatırladaq ki, “Nar” artıq 3 ildir ki, özünün KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. “Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

“Nar”KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə