“Nar-CityNet” abunəçilərə ikiqat artıq sürət təklif edir
“Nar-CityNet” abunəçilərə ikiqat artıq sürət təklif edir
02 Avqust 2016 / 14:15 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4
Bizimxeber

1 avqust 2016-cı il tarixindən etibarən, “Nar-CityNet” bütün limitsiz tariflərində internet sürətini 2 dəfəyə qədər artırdı. Bizimxeber.az saytına verilən məlumata görə , artıq abunəçilər eyni qiymətə daha sürətli internet xidmətindən yararlana biləcəklər. Əlavə olaraq, “Extreme-1” və “Maxima” trafikli tariflərdə internetin trafikinin həcmi 3 dəfədən çox artırıldı. 

 

“Nar-CityNet” xidmətlərinə qoşulmuş bütün yeni abunəçilərə daha yüksək sürətlə yanaşı, bir ay pulsuz internet də təqdim olunur. Bundan başqa, “Nar-CityNet”-in ADSL xidmətindən istifadə edən cari abunəçilər fiber-optik internet xidmətinə keçdikdə, hədiyyə olaraq ruter əldə edirlər. Pulsuz ruteri əldə etmək üçün abunəçilər sadəcə ilk iki ayın abunə haqqını öncədən ödəməlidirlər.

 

Hazırda “Nar-CityNet” Bakı və Abşeron yarımadası ərazisində FTTB (Fiber to the Building – Bina üçün fiber-optik) və ADSL (Asymmetric Digital Subscriber Line – Asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.
“Nar-CityNet” haqqında ətraflı məlumat, qoşulma şərtləri, yeni kampaniyalar, şikayət və texniki dəstək üçün (012) 5377777 və *1177 nömrələri ilə əlaqə saxlamaq kifayətdir. Abunəçilərin rahatlığını təmin etmək üçün “Nar-CityNet” həftənin bütün günləri 24 saat fəaliyyətdədir və “WhatsApp” üzərindən müştəri xidməti göstərərək, (077) 5377777 nömrəsi vasitəsilə abunəçilərin sual və təkliflərini cavablandırır.

 

Məhsul və kampaniyalar haqqında ətraflı məlumatı həmçinin www.narcitynet.az saytından əldə etmək olar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə