“Nar bayramı” kimin təşəbbüsüdür? İlham Əliyevin, yoxsa Nazim İsmayılovun?
“Nar bayramı” kimin təşəbbüsüdür? İlham Əliyevin, yoxsa Nazim İsmayılovun?
03 Noyabr 2016 / 17:49 / Baxış sayı: 412
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bildiyimiz kimi, artıq 10 ildir ki, noyabr ayında Göyçayda “Nar bayramı” keçirilir. Rayonun simvolu olan nar festivalı təşkil olunmaqla xarici və yerli qonaqların zövgünü oxşayır.
Amma illər sonra ortaya maraqlı bir mövzu atılıb. Daha doğrusu, Sabirabadın icra başçısı Nazim İsmayılov bu bayramı öz adına, Göyçayın keçmiş icra başçısı Mübariz Ağayev isə öz adına çıxartmaq istəyir. Elə bu əsnada da eks icra başçısı ilə Sabirabadın icra başçısı Nazim İsmayılov özlərinə yaxın olan mətbu orqanlarda hücuma keçiblər.
Maraqlı və gülünc mübarizədir. Ona görə gülüncdür ki, onların bu məntiqsiz “davası” prezident İlham Əliyevin addımlarını az qala kölgədə qoyur. Ona görə maraqlıdır ki, bu icra başçılarının heç biri mətbuata dəstək olub İlham Əliyevin gördüyü işlərdən yazdırmır. Əksinə özlərini reklam etməklə biabırçı nəsə ortaya qoyur. Hansı ki, İlham Əliyevin bir imzası ilə Mübariz Agayev arxivlik oldu, elə Nazim İsmayılova da bir şey qalmayıb. Bu başqa mövzudur. Yaxın vaxlarda bu barədə mütləq yazacam.
İndi isə, “Nar Bayram”ının kimin təşəbbüsü ilə qeyd olunmasına toxunaq. Mətbuatda yazılan yazılardan bəlli olur ki, guya ilk dəfə “Nar bayramı”nın keçirilməsi təşəbbüsü Goyçayın keçmiş icra başçısı Mübariz Agayevdən gəlib. Bu isə Sabirabadın icra başçısı Nazim İsmayılovu qəzəbləndirib ki, elə şey yoxdur, bayram təşəbbüsü ondan gəlib. “Nar bayramı”nı bölə biılməyənlər güç yarışına çıxıblar.
Guya ki, Göyçayda 2006-cı ildə “Nar bayramı”nın təşəbbüskarı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi olub. Nazirlik guya Göyçay rayon İcra Hakimiyyətinin o vaxt ki icra başçısı Nazim İsmayılova (hazırda Sabirabad rayon İcra Hakimiyyətinin başçısıdır) məktubla müraciət edərək bildirib ki, “Mövsümü olaraq hər region üçün xarakterik olan məhsul bayramlarının keçirilməsi praktikası dünyanın müxtəlif ölkələrində geniş yayılmışdır. Mədəniyyət və Turizm Nazirliyi 2006-cı ilin oktyabr ayında belə tədbirlərdən biri olan “Nar bayramı”nın Göyçay rayonunda keçirilməsini təklif edir. Göyçay rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyinin təklifini alqışlayaraq 2006-cı ilin iyun ayından “Nar bayramı”nın keçirilməsinə razılaşıb. Amma İlham Əliyevin sərəncamı Nazim İsmayılovu bu bayram sevincini ürəyində qoyub. İlk “Nar bayramı” rayona yeni təyin olunan icra başçısı Mübariz Agayev keçirməli olub.
Bizimxeber.az bildirir ki, əslində Nazim İsmayılov bu məsələni gündəmə gətirməklə bir qədər qabağa qaçıb. Ötən il, Goyçayın arxiv olan icra başçısı Mübariz Agayev bayram günü bu təşəbbüsün prezident İlham Əliyevin xeyir-duası, dəstəyi, təşəbbüsü ilə başlandığını bildimişdi. İndi Nazim İsmayılov iddialarında ciddi və dəqiqdirsə o zaman bunu da yalanlamalıdır. Açıq formada bildirməlidir ki, təşəbbüs İlham Əliyevdən deyil, məhz ondan gəlib. Bax Kərəmi burda ağlamaq tutur. Deyə bilərmi? Azərbaycanda elə bir icra başçısı yoxdur ki, İlham Əliyev qarşısında təşəbbüs qaldırsın, onun həllinə çalışsın. Əksinə bütün təşəbbüslər prezident İlham Əliyevdən gəlir, yolları prezident göstərir, məmurlar da icra edir. Əgər edə bilirlərsə. Əksər icra başçısı edə bilmir və bu açıq şəkildə görünür.
Elə biri Sabirabadın icra başçısı Nazim İsmayılov. Bu il Sabirabadda tonlarla pambıq batdı, sahibkarlara külli miqdarda ziyan dəyir. Nədən ki, Nazim İsmayılov bütün gücünü öz torpaqlarında əkdiyi pambığın yığımına yönəldib. 100 ha ərazidə əkilən pambığın hamsı icra başçısının adamlarınıdır. 12 min ton pambıq təhvil verilməlidir. Elə bu qədər də pambığın yığılması sual altındadır.
Qaldı ki, “Nar bayram”ına bu Nazim İsmayılovun deyil, İlham Əliyevin təşəbbüsüdür.
Ədil Hüseynli
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə