Namiq Qaraçuxurludan Aygün Kazımovaya ağır zərbə -VİDEO
Namiq Qaraçuxurludan Aygün Kazımovaya ağır zərbə -VİDEO
24 Oktyabr 2016 / 11:23 / Baxış sayı: 1032
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xalq artisti Aygün Kazımovanın meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı verdiyi “Ayrılanda mal-mülkümü apardı” sözləri səs-küy yaradıb. Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında meyxanaçının onun bağ evini əlindən aldığını etiraf edib:“Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hər şeyimi əlimdən aldı.

Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”.N.Qaraçuxurlu məsələ ilə bağlı suallardan yayınıb:“Bunlar çox şəxsi məsələlərdi. Bu barədə açıqlamamı gözləməyin.

Özümə belə bu qədər dərinə getməyə icazə vermirəm”.Qeyd edək ki, A.Kazımova saytımıza müsahibəsində “Namiq Qaraçuxurlu mal-mülkünüzü əlinizdən alıb” sualına belə cavab vermişdi:”Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa açıb danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə