Nailə Mirməmmədli hiddətləndi
Nailə Mirməmmədli hiddətləndi
30 Noyabr 2016 / 21:50 / Baxış sayı: 1058
Font1 Font2 Font3 Font4
Bizimxeber

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin adından sosial şəbəkədə saxta profil açılıb.

Bizimxeber.az bildirir ki, bəstəkar N.Mirməmmədli bu hadisədən çox əsəbiləşdiyini bildirib:

“Bu gün xəbərdar olmuşam ki, İnstaqram-da “Nailə Mirməmmədli” adında istifadəçi var. Diqqətlə fikir verib gördüm ki, hər dəqiqə paylaşımlar edilir. Elə çıxır ki, mənim işim-gücüm yoxdu, oturub, şəkillər paylaşıram. Həmin profili açan adamı axtarıram.

Tapsam, onu cəzalandıracam. Yox, fanatımdırsa, “çox sağ olsun” deyirəm, lazım deyil. Mən Facebook-dan da istifadə etmirəm. Yalnız “Whatsapp”dan istifadə edirəm. Ona da səbəb musiqilərimi o sosial şəbəkə vasitəsi göndərirəm”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə