Naibə Allahverdiyeva ərə gedir: “Bir kişi var…”
Naibə Allahverdiyeva ərə gedir: “Bir kişi var…”
25 İyul 2016 / 15:29 / Baxış sayı: 748
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşır

Bu barədə aznews.az-a aktrisa özü məlumat verib. N.Allahverdiyeva hazırda böyük eşq yaşadığını qeyd edib: “Həyatımda bir kişi var, onu həddən çox sevirəm. Qadını gözəl edən sevgidir, məhəbbət ölüm kimi bir şeydir. O nə yaşa, nə zamana baxır, gözləmədiyin bir anda gəlir. Özümü xoşbəxt qadın sayıram. Bu günə kimi xoşbəxtliyin nə olduğunu bilməmişəm. Amma, sən demə, qadın üçün pul, var-dövlət, ad-san boş şeymiş. Qadın mütləq sevməlidir. Bir qadın sevirsə, deməli, yaşayır”.

N.Allahverdiyeva bildirib ki, sevdiyi şəxs incəsənət adamı deyil: “Sevdiyim kişi incəsənət adamı deyil, amma mənimlə dərindən maraqlanır və məni bir aktrisa kimi dəyərləndirir. Blirsiniz, mənim şöhrətim də olub, az-çox pul da qazanmışam. Amma xoşbəxt olmamışam. Əsas odur ki, o şəxs ürəyimcə olan insandır. Xoşbəxtəm ki, onu sevirəm”.

Aktrisa “toy gözlənilirmi” sualına “inşallah” deyə cavab verib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə