Nadejda Savçenko Moskvaya gəlib
Nadejda Savçenko Moskvaya gəlib
26 Oktyabr 2016 / 10:50 / Baxış sayı: 1326
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyada uzun müddət həbsxanada cəza çəkmiş ukraynalı pilot qadın, Ali Radanın və AŞPA-nın deputatı Nadejda Savçenko bu gün Bakı vaxtı ilə səhər saat 8:35-də Moskvanın hava limanlarından birinə gəlib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Savçenko Moskvaya ukraynalı millətçilər Nikolay Kapryuk və Stanislav Klıxın məhkəməsində iştirak etmək üçün gəlib.

Adı çəkilən ukraynalılar Çeçen müharibəsində silahlı quldurlar tərəfində döyüşməkdə ittiham ediliblər. Mayın 26-da Çeçenistan məhkəməsi onları müvafiq olaraq 22,5 və 20 il müddətinə azadlıqdan məhrum edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə