Nadejada Savçenko Moskvaya getdi
Nadejada Savçenko Moskvaya getdi
26 Oktyabr 2016 / 13:39 / Baxış sayı: 782
Font1 Font2 Font3 Font4
Bizimxeber

Savçenko Klıx və Karpyukun işi ilə bağlı apelyasiya prosesində iştirak etmək üçün Moskvaya gedib.

Bizimxeber.az saytı interfaxa istinadən xəbər verir ki, vəkil İlya Novikov çərşənbə günü Nadejda Savçenkonun Moskva səfəri barədə öz tvitter səhifəsində məlumat verib. Belə ki, “Batkivşina” fraksiyasından olan ukraynalı deputat RF ali məhkəməsinin Stanislav Klıx və Nikolay Karpyukun 1990-cı illərdə Çeçenistanda hərbi fəaliyyətlərinə görə 20 və 22,5 il cəza almaqları ilə bağlı apelyasiya prosesində iştirak edəcək. 

RF ali məhkəməsində işlə bağlı məkhəmə 26 oktyabra təyin edilib.

19 mayda  Ukrayna vətəndaşları Karpyuk və Klıxa qarşı Qroznı(Çeçenistan) şəhərində cinayət işi açılıb. İstintaq materiallarından məlum olur ki, müttəhimlər 1994-cü ilin sonu 1995-ci ilin əvvəllərində Çeçenistanda təşkil olunmuş qadağan edilmiş silahlı qruplaşmaların tərkibində rusiya federal qüvvələrinə qarşı döyüşüblər. Yenə də istintaq materillarından məlum olur ki, onlar Qroznıda  rus hərbi qüvvələri ilə döyüşdə,əsasən də “Minutka” meydanında və prezident sarayı ətrafı döyüşlərdə iştirak ediblər.

Rusiya istintaq orqanları iddia edir ki, Karpyuk, Klıx və “Vikinq” dəstəsinin digər üzvləri Qroznıda 30-dan çox hərbçini öldürüb, 13 nəfərə yaxın insanı isə yaralayıb.

26 mayda təyin edilmiş məhkəmədə Karpyuka 22,5 il , Klıxa isə 20 il kaloniya cəzası verildi.

Nadejda Savçenkonun özü isə mart ayında Donbasda iki rus jurnalistinin ölümündə təqsirləndirilərək 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. May ayında Rusiya prezidenti Vladimir Putin şəxsən əhv etməsi nəticəsində Savçenko Ukraynaya qayıtdı. Daha sonra orda Ali Radanın xalq deputatı oldu.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə