Nəşriyyat “Azadlıq” qəzetinin çapından imtina etdi
Nəşriyyat “Azadlıq” qəzetinin çapından imtina etdi
06 Sentyabr 2016 / 11:14 / Baxış sayı: 488
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib.

Bizimxeber.az azadliq.info-ya istinadən xəbər verir ki, səbəb qəzetin nəşriyyata olan borclarıdır. “Azərbaycan” Nəşriyyatı sentyabrın 5-nə qədər borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün “Azadlıq”a vaxt verib. Amma deyilən müddətdə vəsait ödənilmədiyi üçün qəzetin çapı dayandırılıb.

Qeyd edək ki, “Azadlıq” qəzetinin yayım və maliyyə direktoru Faiq Əmirli ötən ay Fətullah Gülən Hərəkatı ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə