Nəsimidə məktəbdə tədbir
Nəsimidə məktəbdə tədbir
16 Noyabr 2016 / 18:30 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata  görə, Nəsimi rayonu 111 saylı tam orta məktəbdə “Ucal,Yaşa Azərbaycan ” mövzusunda tədbir keçirildi

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, vətənpərvərlik mövzusunda mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu gün 111 saylı tam orta məktəbdə “Ucal, Yaşa Azərbaycan ” mövzusunda tədbir keçirilmişdir.

Məktəbin foyesində şagirdlərin müxtəlif kreativ əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunmuşdu. Sərgidə 3 rəngli bayrağımızı və tarixi abidələrimizi simvolizə edən müxtəlif eksponatlar öz əksini tapmışdı.

Məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çixış edərək tədbir iştirakçılarını salamlamış, ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.

Tədbir boyu qonaqlar şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnılarını dinləyib, rəqslərə tamaşa edərək,mövzu ilə bağlı video çarxları izlədilər.

Bizimxeber.az

 

01 (24) 01 (33) 01 (37) 01 (38) 01 (44) 01 (55) 01 (58) (1) 01 (58) 01 (67) 01 (74) 01 (96) 01 (101) 01 (110) 01 (120) 01 (122) 01 (140) 01 (150) 01 (154) 01 (156) 01 (169) 01 (183) 01 (190) 01 (193)



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə