Nəsimi rayonunda yürüş keçirildi
Nəsimi rayonunda yürüş keçirildi
04 Noyabr 2016 / 19:43 / Baxış sayı: 1618
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata görə, «Bayrağımız – qürur mənbəyimizdir» Nəsimi rayonunda 9 noyabr Bayraq gününə həsr edilmiş yürüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Noyabr ayının 4-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda Nəsimi rayon ictimaiyyətinin nümayəndələrinin, ağsaqqalların, Böyük Vətən Müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, ali təhsil müəssisələrinin tələbələrinin, idmançıların və digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə «Bayrağımız – qürur mənbəyimizdir» yürüşü keçirilib.

Tədbir Azərbaycan Velosiped idmanı Federasiyasının velosipedçilərinin yürüşü ilə başlanıb. Əllərində Azərbaycan bayraqlarını tutmuş böyük insan izdihamı

Dövlət Bayrağı Meydanına doğru irəliləyərək bayrağımıza olan ehtiram və sevgilərini bildirirdilər. Yürüşdə 5 minə yaxın Nəsimi rayon sakini iştirak edib.

Tədbir Dövlət Bayrağı Meydanında Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanıb.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bu tədbirdə rayonda yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələr artmobda daha fəal iştirak etdilər. Azərbaycan Dövlət Dillər Universitetinin tələbələri 9 NOYABR sözlərini canlı şəkildə yazdılar. Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzasını Bakı Slavyan Universitetinin 300 nəfərdən artıq tələbələri canlı şəkildə yazdılar. Nəsimi rayon orta məktəblərində təhsil alan şagirdlər də Flaşmobda Azərbaycan bayrağını canlandırdılar. Meydanda toplaşan bütün iştirakçılar “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyərək Azərbaycan bayraqlarını başları üzərində dalğalandırdılar.

Tədbirin sonunda Azərbaycan bayrağı ilə bəzədilmiş minlərlə şar havaya qaldırıldı.

Bizimxeber.az

 

01 (5) 01 (9) 01 (10) 01 (18) 01 (28) 01 (36) 01 (66) 01 (74) 01 (93) 01 (124) 01 (170) 01 (194) 01 (203) 01 (220) 01 (227)



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə