Nəsimi rayonunda “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirildi
Nəsimi rayonunda “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirildi
01 Dekabr 2016 / 10:44 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Multikulturalizm ilinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. 14 saylı tam orta məktəbdə “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirilmişdir. Məktəbin foyesində şagirdlərin müxtəlif əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunmuşdu.

Bizimxeber.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmışdır. Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir.

Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli Sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir.

Natiq xüsusi vurğulamışdır ki, xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var. Heydər Əliyev Fondunun fəaliyyətində multikulturalizm və tolerantlıq məsələləri başlıca yer tutmaqla yanaşı, həm də artıq Azərbaycan hüdudlarını aşır və Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgə yaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.

Tədbirdə məktəbin müəllimləri “Multikulturalizm və Azərbaycan”, “ Azərbaycanda Multikulturalizm və tolerantlıq”, “Multikulturalizm və adət-ənənələrimiz”, “Multikulturalizm və dünya dinləri”,“Multikulturalizm və insan hüquqları”,“Multikulturalizm – birgə yaşayışın ən ali forması və Azərbaycanda həyat tərzi” mövzusunda məruzələrlə çıxışlar edilmişdir. Tədbir boyu qonaqlar şagirdlər tərəfindən milli və dünya ölkələrinin mahnıları dinləyib, rəqslərinə tamaşa etmişdilər.

Bizimxeber.az

001 (33) 001 (7)



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə