Nəsimi rayon məktəbliləri muzeylərə ekskursiyaya aparılıb
Nəsimi rayon məktəbliləri muzeylərə ekskursiyaya aparılıb
30 İyul 2016 / 13:10 / Baxış sayı: 770
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nəsimi rayon məktəblilərinin yay tətili günlərinin səmərəli keçirilməsi ilə bağlı muzeylərə ekskursiyaları təşkil edilmişdir

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı orta məktəb şagirdləri üçün bir sıra tədbirlər təşkil olunmuşdur.

Bizimxeber.az saytına verilən məlumata görə, iyul ayının 4-də uşaqların tətil günlərində Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak etmişdir.

Nəsimi ayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.

Məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 100 nəfər  9-11-ci sinif şagirdləri üçün       13-19 iyul 2016-cı il tarixlərdə Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur. Növbəti –  Quba şəhərində yaradılmış “Gənc İlhamçılar” yay istirahət düşərgəsində rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 150  yeniyetmə-məktəbli iştirak etmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 200 nəfər rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən  Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin  direktoru Alla Bayramova muzeyin əsas məqsədi və vəzifələri,  Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanılması, saxlanılması, araşdırılması, təbliği barədə məktəblilərə məlumat verərək bildirmişdir ki,  muzeyin fondunda 50 mindәn çox eksponat toplanmışdır. Muzeydə nümayiş olunan  Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri  məktəblilərin marağına səbəb olmuşdur.

Sonra  məktəblilərin   C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ekskursiyası təşkil olunmuşdur.

Muzeydə bildirilmişdir ki, 1934-cü ildə yaradılmış Teatr muzeyi 1935-ci ildən məşhur Azərbaycan dramaturqu Cəfər Cabbarlının adını daşıyır. Muzeyin fondlarında 117.000-dən çox eksponat saxlanılır. Bu eksponatlarda teatrımızın bir əsrdən çox tarixi əks olunub. Nadir materialların köməyilə teatrın yaranması və inkişaf tarixi haqqında, ziyalıların teatrın çiçəklənməsində rolu, Azərbaycan mədəniyyətində teatr xadimlərinin danılmaz xidmətləri haqqında məlumat almaq mümkündür.
Daha sonra Nəsimi rayon məktəbliləri   Azərbaycan İstiqlal Muzeyinində  də ekskursiyaya davam etdilər. Ekskursiya zamanı bildirdilər ki, muzeyin əsası 1991-ci il yanvarın 9-da qoyulmuşdur. Hal-hazırda eksponatların sayı 20.000-dən çoxdur. Muzeyin əsas məqsədi Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini qədim dövrlərdən bu günə kimi işıqlandırmaqdır. Muzeyin zalları Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvəllərinə qədərki dövrünə – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, Stalin repressiyaları dövrünə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, sonuncu zal isə Azərbaycanın ən yeni tarixinə həsr olunmuş, eləcə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti bu zalda öz əksini tapmışdır. İstiqlal muzeyində heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizimatika əşyaları və başqa eksponatlar nümayiş etdirilir.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində və Azərbaycan İstiqlal Muzeyinində nümayiş olunan eksponatlar və tarixi materiallar  məktəblilərin marağına səbəb olmuşdur.

Yay tətili günlərində məktəblilərin müxtəlif muzeylərə ekskursiyaları davam etdirələcəkdir.

 

 Bizimxeber.az 

nəsimi nəsimi1 nəsimi2 nəsimi3 nəsimi4 nəsimi5 nəsimi6 nəsimi7 nəsimi8 nəsimi9 nəsimi10 nəsimi11 nəsimi12 nəsimi13

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə