Nəsimi məktəbliləri tur-aksiyada iştirak edəcək
Nəsimi məktəbliləri tur-aksiyada iştirak edəcək
11 Noyabr 2016 / 15:26 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına daxil olan məlumata görə, Nəsimi rayon məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyada iştirak edəcəklər.

Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərin «Ölkəmizi tanıyaq» devizi ilə 2014-cü ilin noyabr ayında Quba, Qusar və Xaçmaz rayonlarına, 17-20 mart 2016-cı il və 24-27 mart 2016-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasına maarifləndirici tur-aksiyaları təşkil olunmuşdur.

Bu tur aksiyalar qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır. İştirakçıların bir çoxu ölkəmizin bölgələrində ilk dəfə olmuş və onlar evlərinə çox böyük təəssüratlarla qayıtmışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan 40 nəfər məktəbli növbəti dəfə səfərə yola düşəcəklər.

Bu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 12-15 noyabr 2016-cı il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün VI maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Lənkəran – Masallı – Astara rayonlarına səfər edəcəklər.

“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur –aksiyada iştirak edəcək Nəsimi rayon məktəbliləri ilə görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır.

Natiq bildirmişdir ki, tur aksiya zamanı məktəblilərin Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.

Qeyd olunmuşdur ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyətinin yeniyetmələr üçün respublikamızın dilbər güşələrində Qəbələ və

Quba rayonlarında hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələri təşkil olunmuşdur.

«Ölkəmizi tanıyaq» VI tur aksiyası üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilmişdir. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur.

Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.

Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən valideyinlər və məktəblilər məktəblilərə – uşaqlara göstərilən xüxusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Bizimxeber.az 

01 (8) 01 (22) 01 (25) 01 (32) 01 (55) 01 (62) 01 (79) 01 (80) 01 (95) 01 (105) 01 (107) 01 (117) 01 (131) 01 (136) 01 (146) 01 (154)



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə