Nəsimi məktəbliləri dəniz səyahətinə çıxdılar
Nəsimi məktəbliləri dəniz səyahətinə çıxdılar
02 Avqust 2016 / 22:15 / Baxış sayı: 918
Font1 Font2 Font3 Font4
Bizimxeber

 

Ümummilli lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.Heydər Əliyev Fondunun fəaliyyəti  Azərbaycanın  gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Bu  gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi  mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.

Tədbirlərin davamı olaraq  rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, həmçinin aztəminatlı ailələrdən olan ümumilikdə – 120 nəfər məktəblinin «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin yeni, müasir «Üfüq» gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Qeyd olunmalıdır ki, uşaqların böyük hissəsi ilk dəfə idi ki, dəniz gəzintisinə çıxırdılar və bu onların böyük sevincinə səbəb olmuşdur.

Uşaqlara məlumat veilmişdir ki, yüksək komfortlu və sürətli sərnişin gəmisi olan «Üfüq» gəmisi 2016-cı ildə istifadəyə verilib. Bu gəmi Xəzər hövzəsində ən müasir və qabaqcıl sənaye müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən ilk gəmidir.Burada dəniz səyahəti və gəzintilər üçün hər cür şərait vardır.

Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər.
Gəmidə uşaqlara nahar süfrəsi təşkil olunmuş, daha sonra isə öz məharətlərini göstərərək şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər.
Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə