Nəsimi məktəbliləri cənub bölgəmizə səfərə getdi
Nəsimi məktəbliləri cənub bölgəmizə səfərə getdi
12 Noyabr 2016 / 12:20 / Baxış sayı: 632
Font1 Font2 Font3 Font4
Bizimxeber

Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına 12-15 noyabr 2016-cı ildə Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 nəfər məktəbli şagird Lənkəran- Masallı –Astara rayonlarına “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində 12 noyabrda Nəsimi rayonundan olan məktəblilərin yola salınma mərasimi keçirilmişdir.

Bizimxeber.az saytına verilən məlumata görə, Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçəklər düzərək Ümummilli Liderə ehtiram və dərin məhəbbətlərini bildirdilər.

Daha sonra məktəblilər onları yola salan valideynləri və müəllimləri qarşısında Konstitusiya gününə həsr olunmuş flaşmob nümayiş etdirdilər.

Yola salma mərasimində çıxış edən valideyinlər və məktəblilər məktəblilərə – uşaqlara göstərilən xüxusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.

Bizimxeber.az 

001 (3) 001 (4) 001 (16) 001 (21) 001 (24) 001 (29) 001 (32) 001 (44)



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə