Nəsimi İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirildi
Nəsimi İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirildi
08 Sentyabr 2016 / 19:38 / Baxış sayı: 1072
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik, qaz, elektrik enerjisi, sukanal təchizatı və digər xidmət sahələrinin 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında” Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

Nəsimi rayon İcra hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı rayonun təsərrüfat və kommunal xidmətləri, idarə və müəssisələri tərəfindən tərtib olunmuş tədbirlər planlarına əsasən müvafiq işlər görülmüşdür. Rayonun orta və ali təhsil müəssisələrində yeni təhsil ili ərəfəsində təmir işləri aparılmış, istilik sistemləri profilaktika edilmişdir.

Rayon MKTB və rayondakı ikili təyinatlı MİS-lər tərəfindən balansda olan binaların dam örtüklərində, bir sıra binaların daxilində və ümumi istifadə yerlərində təmir işləri aparılmışdır. Rayon Enerji Satış və İstismar İdarəsi, İstilik İstismar Sahəsi, Sukanal İdarəsi tərəfindən mövsüm ərəfəsində yeni xətlər çəkilmiş, mövcud şəbəkələrdə və xətlərdə təmir işləri aparılmış, yeni daha tutumlu transformatorlar, su nasosları, qaz paylayıcı şkafları quraşdırılmış və köhnələri təmir olunmuşdur.

Qeyd olunanlarla yanaşı tədbirlər planı üzrə nəzərdə tutulmuş bütün tədbirlərin tam yerinə yetirilməsi üçün işlərin davam etdirilməsini zəruri hesab edərək, rayon sakinlərinin qaz, elektrik enerjisi və su təchizatının yaxşılaşdırılması ilə bağlı bir sıra əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu, yağışlı və boranlı günlərdə küçələrin su ötürücü qurğularının normal işinin təmin edilməsinin vacibliyini aidiyyəti qurumların rəhbərlərinin nəzərinə çatdıran Asif Əsgərov yaşayış binalarının, orta ümumtəhsil və məktəbəqədər müəssisələrin, səhiyyə və mədəniyyət ocaqlarının istilik məsələlərinin gündəlik nəzarətdə saxlanmasının və normal şəraitin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsinin vacibliyini bildirərək müvafiq tapşırıqlar vermişdi.

Daha sonra rayonda 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, hazırlıqla bağlı rayonun bütün təsərrüfat obyektlərində təhlillər aparıldığını, mövcud çatışmamazlıqların aradan qaldırılması üçün

tədbirlər görüldüyünü, hazırlıq vəziyyətinin təhlil edildiyini və hazırlıq işlərinin gedişatı ilə bağlı hər hansı ciddi bir çatışmamazlığın olmadığı bildirildi. Nəsimi rayon MKTB-nin rəisi Elman Yahyayev bildirilmişdir ki, cari ilin payız-qış mövsümünə hazırlıq gövründə balansda olan mənzil fondunun qorunması, xidməti ərazinin təmizliyinin normal səviyyədə saxlanması üçün cari təmir və abadlıq işləri həyata keçirilmişdir. Mövsümlə bağlı 5538kv.m dam örtüyü, 322 kv.m keçid meydançası və pilləkən qəfəsi, 319 ədəd pəncərə, 437,5 kv.m şüşələnmə işləri, 184 giriş qapısı, 1022p.m istilik xətti, 962 p.m suaxıdıcı boru,ventil və siyirtmə təmiri və dəyişdirilməsi, 27202 p.m tüstü bacası və ventilyasiya kanallarında təmir işləri aparılmışdır.

1 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi İlham Bəşirov bildirdi ki, Nəsimi rayonu üzrə 25 ədəd məhəllədaxili qazanxana və 19 ədəd istilik məntəqəsi, RİQ-1 daxil olmaqla, istilik enerjisi istehsal edərək tələbatçıları fasiləsiz istilik enerjisi ilə təmin edilmişdir. Qulu Quliyev 11/13 ünvanında d=102 və 89 mm 90 metr, Cavadxan 28 ünvanında 25 metr, A.Mustafayev 29 ünvanında d=159 və 133 mm, L= 140 metr istilik xətləri carı təmir olunmuşdur. A.Məhərrəmov 28,34 və Cavadxan 11,21,29,31,34, saylı binaların aşağı paylama istilik xətlərində cari təmir işləri görülmüşdür.H.B.Əliyev 38 ünvanında aşağı paylama istilik xəttində 2 ədəd d.50 mm siyirtmə dəyişdirilmiş,Topcubaşov 21 ünvanında, H.B.Əliyev 6, 10, 50 ünvanlarında aşağı paylama istilik xəttində məhəllə daxili istilik xəttinin bir hissəsində, cari təmir işləri görülmüşdür.III mikrorayon Cavadxan 28 ünvanından 1 saylı istilik məntəqəsinə gedən istilik xətti əsaslı təmir edilmiş və d.159 mm-lik L=60 metr boru təmir edilmişdir.

71, 77 və 85 saylı qazanxanalarda KSQJ tipli 7 ədəd qazan açılaraq mexaniki üsulla ərpdən təmizlənmiş, 25 ədəd məhəllədaxili qazanxanada 71 ədəd qazan açılaraq profilaktik təmir işləri görülmüşdür.Ümumilikdə, ərazidə istilik xətləri üzərində və qazanxanalarda 120 ədəd çirk tutan, 885 ədəd siyirtmə açılaraq təftiş olunmuşdur.

Həmçinin, bu işlərlə yanaşı, elektrik avadanlıqlarına baxış keçirilmiş, aşkarlanan qüsurlar aradan qaldırılmışdır. 34, 81, 83, 99, 232, M18/46, M26/MTE, 312, 366, 500, 501 və 365 saylı qazanxanalarda

payız qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlər başa çatdırılmış, istilik xətləri su ilə doldurularaq, hidravlik təzyiq altında “Azəristiliktəchizat” ASC-n nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir. 308,365,366 və 378 saylı qazanxanalarda qazanlar açılaraq mexaniki üsulla ərpdən təmizlənmiş və faydalı modullar quraşdırılmışdır. 99, 199, 139 saylı qazanxanalarda 7 ədəd qazan, 85 və 71 saylı qazanxanalarda 6 ədəd nasos əsaslı təmir olunaraq qış mövsümünə hazır vəziyyətə gətirilmişdir. 500,501,312 və 81 saylı qazanxanalarda 5 ədəd istilik mübadilə aparatı açılaraq, mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir. Ümumilikdə, M/N, 71, 85, 199, 308, 138, 139, 365, 378, 156, və 339 saylı qazanxanalarda qazanlar açılaraq mexaniki üsulla təmizlənmiş, siyirtmə və ventillər cari təmir olunaraq “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.

1 saylı Rayon İstilik qazanxanasında PTVM-50 tipli II qazanda cari təmir işləri aparılımışdır. Qazanın ekran boruları təmir edilmiş, kollektorlar açılaraq ərpdən təmizlənmişdir. 2 ədəd 500 kvt şəbəkə nasosu təmir edilərək ehtiyata qoyulmuşdur. I mikrorayon 365 saylı qazanxananın ərazisinə düşən Moskva prospekti 70, 72, 74 saylı binaların aşağı paylama istilik xətləri əsaslı təmir olunmuşdur. Hal-hazırda 90 saylı qazanxananın istilik gücünü artırmaq məqsədi ilə 2 ədəd 5 Qkal/saat gücündə təbəqəli su qızdırıcı quraşdırılır.

Nəsimi rayon Sukanal İdarəsinin rəisi İntiqam Tağıyev bildirdi ki, rayon ərazisində payız-qış mövsümünə hazırlıqla əlaqədar 25000.0pm su kəmərinin təftiş edilməsi və cari təmir işləri aparılır, 1500.0pm-dən çox müxtəlif diametrli su xəttlərinin yenisi ilə əvəz olunması işləri davam etdirilir, 5 ünvanda ümumi tutumu 2900m3 olan ehtiyyat su anbarlarının yuyularaq dezinfeksiya edilməsi işləri başa catdırılmışdır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar, məhəllədaxili nasos stansiyalarını elektrik enerjisi ilə təchiz edən transformator və kabellərin yerində yoxlanılması və üzə çıxan çatışmamazlıqların aradan qaldırılması işləri davam etdirilir. Məhəllədaxili nasos stansiyalarında payız-qış mövsümünə hazırlıqla əlaqədar nasosxanalarda abadlıq işləri, nasosxana binalarınin əhənglənərək ağardılması, ehtiyyat metal su

çənlərinin rənglənməsi, ərazilərin tullantılardan təmizlənməsi işləri aparılır. Kanalizasiya şəbəkəsində payız-qış mövsümünə hazırlıqla əlaqədar kanalizasiya şəbəkələrinin yuyulub təmizlənməsi, kanalizasiya quyularının və yağış barmaqlıqlarının təmizlənməsi, yeni kanalizasiya quyusu üçün çuqun qapaq dəstinin quraşdırılması, yaşayış binalarının zirzəmilərində kanalizasiya xətlərinin təftiş edilməsi, kanalizasiya xətlərinin cari təmiri və qəzalı hissələrinin dəyişdirilməsi və məhəllədaxili kanalizasiya xətlərinin cari təmiri və qəzalı hissələrinin dəyişdirilməsi istiqamətində işlər həyata keçirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etmişdr ki, Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Hal-hazırda 1-ci mikrorayon, Moskva prospekti 52-58-62-70-74-82-86, Cavadxan küçəsi 1 ünvanlarında, 2-ci mikrorayon Cavadxan küçəsi 58-60 ünvanlarında, 4-cü mikrorayon H.Seyidzadə küçəsi 16a-18a-20a ünvanlardakı binalarda əsaslı təmir işləri aparılır, binalarda eyvanlar təmir edilir, binaların qapı və pəncərələri yenilənir. Binaların dam örtükləri təmir edilir, yağış sularını axıdan su novalçaları və borular yeniləri ilə əvəz olunur. Bu binaların blokların girişlərinə qapılar qoyulur və pəncərələri yenisi ilə əvəz olunur, pilləkən qəfəsləri tam təmir edilir. Təmir edilən binaların fasadları yüksək keyfiyyətli boya ilə rənglənir. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır. Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Şuranın geniş iclasında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə ümumxalq səs verməsi − referendum ilə bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında ətraflı məlumat verərək müvafiq tapşırıqlar verdi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə